Məlumatlar 08 yanvar 2018-ci il

Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Baş DYP İdarəsinin hüquqi və fiziki şəxslərə müraciəti

21 sentyabr 2014-cü il tarixdə Şamaxı rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

22 sentyabr 2014-cü il

21 sentyabr 2014-cü il tarixdə saat 21.10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxırayonu ərazisindən keşən 129-cu km-də Oğuz rayon sakini 1989-cu il təvəllüdlü Məmmədəliyev Nurlan Vahid oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “Mercedes-Benz Actros“ markalı, 99-CS-488 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əks istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi “Mercedes-Benz C220“ markalı, 99-DV-061 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri: Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Abdurəhmanlı Fuad Şahid oğlu, Şəki rayon sakinləri 1981-ci il təvəllüdlü Məmmədov Elçin Rasim oğlu və 1973-cü il təvəllüdlü Hüseynov Elşad Hikmət oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.   
xəbərlərin arxivi