Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

29 sentyabr 2014-cü il tarixdə İsmayıllı rayonu ərazisində 9 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

29 sentyabr 2014-cü il

29 sentyabr 2014-cü il tarixdə saat 12:20 radələrində Bakı-Şamaxı-Yevlax yolunun İsmayıllı rayonu Qubaxəlilli kəndi ərazisindən keçən 180-ci km-də sürücü 1966-cı il təvəllüdlü Ağsu rayon sakini Məmmədov Davud Məmməd oğlu idarə etdiyi “Mercedes” markalı, 90-BP-886 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax  istiqamətində hərəkətdə olan zaman 1960-cı il təvəllüdlü Göyçay rayon sakini Əsgərov Bəxtiyar Firudin oğlunun Bakı şəhəri istiqamətində idarə etdiyi “Mitsubishi Pajero” markalı, 23-BX-232 dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşublar.
Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü  və sərnişinləri:  eyni ünvanda yaşayan 1963-cü il təvəllüdlü Məmmədova Jalə Qibləli qızı, 1985-ci il təvəllüdlü Məhərrəmli Günel Veyis qızı, 2008-ci il təvəllüdlü Məhərrəmov Ramiz Rüstəm oğlu, 1990-cı il təvəllüdlü Bədəlova Gülay Davud qızı, 2014-cü il təvəllüdlü 6 aylıq Bədəlova Mələk Rauf qızı, habelə “Mitsubishi Pajero” markalı avtomobilin sərnişinləri: eyni ünvanda yaşayan 1938-ci il təvəllüdlü Əsgərov Firudin Ələkbər oğlu, 1940-cı il təvəllüdlü Əsgərova Lumu Kərim qızı və 1962-ci il təvəllüdlü Əsgərova Nahidə Sefəddin qızı hadisə yerində ölüblər, “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü və “Mercedes” markalı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Ağsu rayon sakini Mirzəyeva Sevinc Xosrov qızı xəsarət alaraq Göyçay və Ağsu rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.     
xəbərlərin arxivi