Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

21 oktyabr 2014-cü il tarixdə Beyləqan rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 oktyabr 2014-cü il

21 oktyabr 2014-cü il tarixdə saat 18.00 radələrində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Beyləqan rayonu, Bünyadlı kəndi ərazisindən keçən 149-cu km-də Beyləqan rayon sakini 1978-ci il təvəllüdlü Tumasquliyev Eldəniz Yaqub oğlunun Mingəçevir şəhəri istiqamətində idarə etdiyi “VAZ-2107“ markalı, 10-HG-329 dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayon sakini 1984-cü il təvəllüdlü Məsimov İlkin Mirzəəhməd oğlunun Bəhramtəpə istiqamətində idarə etdiyi “VAZ-21072“ markalı, 10-DB-425 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 10-HG-329 dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin Beyləqan rayon sakini 1981-ci il təvəllüdlü Xankişiyev Arzuman Allahverən oğlu xəstaxanaya gətirilərkən yolda, digər avtomobildəki sərnişin Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Tağıyev Alim İsmayıl oğlu hadisə yerində ölüblər, “VAZ-2107” markalı, 10-HG-329 dövlət qeydiyyat nişanlı avtomobilin digər sərnişini 1973-cü il təvəllüdlü Beyləqan rayon sakini Rüstəmov Rüstəm Musa oğlu və hər iki avtomobilin sürücüləri xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.     
xəbərlərin arxivi