Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

21 noyabr 2014-cü il tarixdə Cəlilabad rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

24 noyabr 2014-cü il

21 noyabr 2014-cü il tarixdə saat 12:50 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 133,5-ci km-də Rusiya Federasiyasının vətəndaşı 1981-ci il təvəllüdlü Raşidov Maqomedmurad Abdulzaqiroviçin idarə etdiyi “Volvo FH 12“ markalı, M 226 OB 95\RUS dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayon sakini 1956-cı il təvəllüdlü Quliyev Valeh İznulla oğlunun idarə etdiyi “VAZ-21063“ markalı, 30-BB-707 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-21063“ markalı avtomobilin sürücüsü və sərnişini 1997-ci il təvəllüdlü İmişli rayon sakini İnullazadə Fəxri Valeh oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.     
xəbərlərin arxivi