Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

24 noyabr 2014-cü il tarixdə Abşeron rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

25 noyabr 2014-cü il

24 noyabr 2014-cü il tarixdə saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 41,8-ci km-də İsmayıllı rayon sakini  1958-ci il təvəllüdlü Babayev Fəxrəddin Şahbaba oğlu idarə etdiyi “Mercedes-Benz E 220 CDİ“ markalı, 99-FD-220 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ kənar hissəsində dayanmış Neftçala rayon sakini 1975-ci il təvəllüdlü Əhmədov İsrafil Sakit oğluna etibarnamə əsasında verilmiş “Howo“ markalı, 99-CZ-905 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa sol hissəsi ilə toqquşub.
Qəza nəticəsində “Mercedes-Benz E 220 CDİ “ markalı avtomobilin sürücüsü və sərnişinləri, İsmayıllı rayon sakinləri: 1965-ci il təvəllüdlü Mitəlov Əzizxan Əli oğlu və 1962-ci il təvəllüdlü Rəhimov İlham Əvəz oğlu hadisə yerində ölüblər, digər sərnişinlər 1962-ci il təvəllüdlü Babayeva Səkinəxanım Şiralı qızı və 1986-cı il təvəllüdlü Məmmədov Ruslan Rafiq oğlu xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.     
xəbərlərin arxivi