Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

13 dekabr 2014-cü il tarixdə Quba rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

13 dekabr 2014-cü il

13 dekabr 2014-cü il tarixdə saat 20:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Quba rayon, Paşaoba kəndi ərazisindən keçən 148-ci km-də 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Süleymanov Kamil Gülrza oğlunun idarə etdiyi “Mercedes Vita” markalı, 99-BA-788 dövlət qeydiyyat nişanlı avtomobillə 1963-cü il təvəllüdlü Quba rayon sakini Cəfərov Zümrəddin Minac oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10-DE-509 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “Vaz-2107” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, “Mersedes Vita” markalı avtomobildə olan sərnişinlər Rusiya Federasiyasının vətəndaşları 1981-ci il təvəllüdlü İsayeva Sadiyaxanum Sadraddinova, 1978-ci il təvəllüdlü Medjidova Raşiya Zeynalbekovna, 1962-ci il təvəllüdlü Xudayeva Aset Solaudinovna və 1955-ci il təvəllüdlü Davletukayeva Zura Mutiyevna xəsarət alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da onlardan S.İsayevanın həyatını xilas etmək mümkün olmayıb.  
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi