Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

12 dekabr 2014-cü il tarixdə Şəki rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

12 dekabr 2014-cü il

12 dekabr 2014-cü il tarixdə saat 10:00 radələrində Şəki-Qax yolunun Şəki rayonunun  Birinci Biləçik kəndi ərazisindən keçən hissəsində Şəki rayon sakini 1992-ci il təvəllüdlü Qurbanov Təbriz Ərrəhman oğlunin idarə etdiyi Vaz-2106 markalı, 55-BH-179 dövlət qeydiyyat nişanlı avtomobillə Qax rayon sakini 1964-cü il təvəllüdlü Məmmədov Ramiz Cəlal oğlunun idarə etdiyi Vaz-2106 markalı, 10-XC-096 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü hadisə yerində ölüblər, 55-BH-179 dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri Şəki rayon sakinləri 1989-cu il təvəllüdlü Malxasov Abdulla Rafiq oğlu və Əhmədov Elsəvər Ramazan oğlu, habelə 10-XC-096 dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini 1991-ci il təvəllüdlü Qax rayon sakini Məmmədova Aydan Ramiz qızı xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
 
xəbərlərin arxivi