Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

21 dekabr 2014-cü il tarixdə Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

21 dekabr 2014-cü il

21 dekabr 2014-cü il tarixdə saat 20:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 54-cü km-də 1974-cü il təvəllüdlü Lənkəran rayon sakini Əsgərov Zahid Ayaz oğlunun idarə etdiyi “Rance Rover Sport” markalı, 10-XK-200 dövlət qeydiyyat nişanlı avtomobillə 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Allahverdiyev Zahid Qiyas oğlunun idarə etdiyi “VAZ-21063” markalı, 10-HB-814 dövlət qeydiyyat nişanlı  avtomobil  toqquşub.

Qəza nəticəsində “VAZ-21063” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Süleymanov Elnur Süleyman oğlu hadisə yerində ölüblər, digər sərnişin 1989-cu il təvəllüdlü Bəşirov Telman Şahbala oğlu xəsarət alaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.    
xəbərlərin arxivi