Məlumatlar 07 iyul 2018-ci il

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki baxışı davam edir.

Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə

27 dekabr 2014-cü il

Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə 31.12.2014-04.01.2015-ci il tarixlərinin istirahət günü olması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq Azərbaycan Respublikası DİN Baş DYP İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bir daha nəzərinə çatdırır ki, özlərinə məxsus və ya istifadələrində olan yük avtomobilləri ilə saat 8:00-dan 21:00-dək Bakı şəhərinin ərazisinə daxil olmasınlar.

Bu qadağa ilə bağlı müvafiq yol nişanlarının və müəyyən edilmiş vaxt rejiminin tələblərini pozan sürücülər mövcud qanunvericiliklə nəzərdə tutlmuş qaydada inzibati məsuliyyətə cəlb ediləcəklər.
xəbərlərin arxivi