Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

4 yanvar 2015-ci il tarixdə Şamaxı rayonu ərazisində 6 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 yanvar 2015-ci il

4 yanvar 2015-ci il tarixdə saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu Acıdərə kəndi ərazisindən keçən 106-cı km-də 1957-ci il təvəllüdlü Sabirabad rayon sakini Ağayev Vaqif Xudamirzə oğlu idarə etdiyi “Howo” markalı, 99-HP-567 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şamaxı rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili əks istiqamətdə hərəkətdə olan 1990-cı il təvəllüdlü Ağsu rayon sakini Əliyev Elmin Elşad oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-DN-570 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşırıb, sonradan hər iki avtomobil sürüşərək  Bakı şəhəri istiqamətində hərəkətdə olan 1966-cı il təvəllüdlü Bakı şəhər sakini Abbasov Zöhrab Aydın oğlunun digər “Mercedes-Benz” markalı, 85-BX-630 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşublar.

Qəza nəticəsində “Howo” markalı yük avtomobilinin sürücüsü və sərnişini 1961-cü il təvəllüdlü Bakı şəhər sakini Baxşəliyev Vaqif Paşa oğlu, “Mercedes-Benz” markalı, 90-DN-570 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişinləri Bakı şəhər sakinləri 1968-ci il təvəllüdlü Abbasov Azər Eyvaz oğlu, 1988-ci il təvəllüdlü Əliyeva Əntiqə Elşad qızı, 2002-ci il təvəllüdlü Əliyev Fərid Neymət oğlu hadisə yerində ölüblər, digər “Mercedes-Benz” markalı avtomobilin sərnişini 1977-ci il təvəllüdlü Qəbələ rayon sakini Allahverdiyev Ramil Fikrət oğlu isə xəsarət alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi