Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

16 fevral 2015-ci il tarixdə Abşeron rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 fevral 2015-ci il

16 fevral 2015-ci il tarixdə saat 16:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci km-də Abşeron rayon sakini 1980-ci il təvəllüdlü Tağıyev Səməd Məşədi oğlu idarə etdiyi “Azsamant” markalı, 99-AG-221 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağında dayanmış Goranboy rayon sakini  sakini 1978-ci il təvəllüdlü Məmmədov Müşfiq Kamil oğlunun idarə etdiyi “BMC” markalı, 90-AJ-881 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişin Abşeron rayon sakini 1981-ci il təvəllüdlü Əliyev Cavid Məmmədəli oğlu ölüb, digər sərnişin Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Əliyev İlkin Gülağa oğlu  xəsarət alıb.
xəbərlərin arxivi