Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

Bakı şəhərində yerləşən idarə, müəssisə və təşkilat rəhbərlərinin nəzərinə!

30 aprel 2015-ci il

Azərbaycan Respublikası DİN Baş DYP İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş edir ki, Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar cari il iyun ayının 1-dən 30-dək müddətdə yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə qeyd olunan müddət ərzində müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsınlar. 

Ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini düzgün qiymətləndirərək, ölkəsini, xalqını sevən hər bir şəxs müraciətimizə sayğı ilə yanaşacaq, üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcəkdir. 
xəbərlərin arxivi