Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar

15 may 2015-ci il

l Avropa Oyunlarının keçirildiyi müddət ərzində Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədi ilə iyun ayının 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulub. Bu səbəbdən qeyd olunan ərəfədə piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə əlaqədar paytaxta gəlmək istəyən rayon sakinlərindən xahiş olunur ki, qeyd olunan müddət ərzində rayon qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını nəzərə alsınlar və paytaxta gəlmək üçün həmin müddət ərzində sərnişinlərin istifadəsinə veriləcək müasir, komfortlu ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.
xəbərlərin arxivi