Məlumatlar 08 yanvar 2018-ci il

Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Baş DYP İdarəsinin hüquqi və fiziki şəxslərə müraciəti

Paytaxtın Azadlıq prospektindəki yanğın nəticəsində sakinlərin yararsız vəziyyətə düşmüş və ya itirilmiş sürücülük vəsiqələrinin, qeydiyyat şəhadətnamələrinin bərpası haqqında

23 may 2015-ci il

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində sakinlərin yararsız vəziyyətə düşmüş və ya itirilmiş sürücülük vəsiqələri, eləcə də istifadələrində olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri Daxili İşlər Nazirliyi rəhbərliyinin Baş Dövlət Yol Polisi İdarəsinə verdiyi göstərişə əsasən qısa müddət ərzində pulsuz bərpa ediləcək. 

Bununla əlaqədar qeyd olunan bina sakinlərindən xahiş olunur ki, müvafiq sənədləri bərpa etmək üçün özlərinə münasib vaxtda Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə, əlaqə saxlamaq istəyənlər isə bazar günü istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dək (012) 590 81 05, (012) 590 81 07 və ya (012) 590 81 34  nömrələrinə zəng edə bilərlər.
xəbərlərin arxivi