Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

Bakı şəhərində nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə

09 iyun 2015-ci il

Bakı şəhərində l Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar 2015-ci il 10 iyun tarixində paytaxtın Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Rəşid Behbudov, İstiqlaliyyət, Niyazi, Şövkət Ələkbərova küçələrində, habelə Bül-bül və Azadlıq prospektlərində qısa müddətli (5-7 dəqiqə) fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan tədbir çərçivəsində Kişilər və Qadınlar arasında triatlon yarışları ilə əlaqədar 10-11 iyun tarixlərində saat 05:00-dan 14:00-dək, 13 iyunda saat 08:30-dan 18:30-dək və 14 iyun tarixində saat 08:30-dan 19:00-dək müddətlərdə Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yaşayış məntəqələrini birləşdirən Bakı Dairəvi Yolunun Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan müddətlər ərzində şəhər mərkəzi və Mərdəkan qəsəbəsi istiqamətdə hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.
xəbərlərin arxivi