Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

6 dekabr 2015-ci il tarixdə Biləsuvar rayonu ərazisində 4 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

08 dekabr 2015-ci il

6 dekabr 2015-ci il tarixdə Biləsuvar rayonu ərazisində 4 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

6 dekabr 2015-ci il tarixdə saat 11:10 radələrində Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisindən keçən 115-ci km-də Astara rayon sakini 1958-ci il təvəllüdlü Şəfiyev Əlvan Cəfər oğlunun idarə etdiyi “Man” markalı, 99-JK-722 dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayon sakini 1981-ci il təvəllüdlü Bayramov Mənsur Firuddin oğlunun idarə etdiyi “Vaz-21154” markalı, 12-BD 920 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-21154” markalı avtomobildə olan sərnişinlər,  Biləsuvar rayon sakinləri - 1986-cı il təvəllüdlü Bayramov Tərlan Fizuli oğlu, Əliyeva Günay Salaməli qızı, 2010-cu il təvəllüdlü Bayramova Nərmin Tərlan qızı və 2011-ci il təvəllüdlü Bayramova Səkinə Tərlan qızı hadisə yerində ölüblər, “VAZ-21154” markalı avtomobilin sürücüsü M.Bayramov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
xəbərlərin arxivi