Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

29 yanvar 2016-cı il tarixdə Ağdaş rayonu ərazisində 5 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

31 yanvar 2016-cı il


29 yanvar 2016-cı il tarixdə Ağdaş rayonu ərazisində 5 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

29 yanvar 2016-cı il tarixdə saat 18:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən 261-ci kilometrliyində 1986-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Mustafayev İlham Taryel oğlunun Yevlax rayonu istiqamətində idarə etdiyi, üzərində dövlət qeydiyyat nişanları olmayan “Doodge” markalı avtomobil Göyçay rayon sakini 1986-cı il təvəllüdlü Şıxalizadə Nicat Akif oğlunun Ağdaş rayonu istiqamətində idarə etdiyi “VAZ-2121” markalı, 99-FP-304 dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə Ağdaş rayon sakini 1954-cü il təvəllüdlü Hüseynov Əyyub Məhəmməd oğlunun idarə etdiyi “VAZ-21154” markalı, 90-EM-315 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “Doodge” markalı avtomobildə olan sərnişin, Mingəçevir şəhər sakini 1966-cı il təvəllüdlü Mustafayeva Fərqanə Əmrah qızı, “VAZ-21154” markalı avtomobilin sürücüsü Hüseynov Əyyub Məhəmməd oğlu və onun sərnişinləri, Ağdaş rayon sakinləri 1959-cu il təvəllüdlü Hacıyev Məmmədirşad Məhəmmədiyyə oğlu, 1961-ci il təvəllüdlü Hacıyeva Liman Tofiq qızı və 2003-cü il təvəllüdlü Şirinova Elmira İslam qızı hadisə yerində ölüblər, “Doodge” markalı avtomobilin sürücüsü və onun digər sərnişinləri, Mingəçevir şəhər sakinləri 1986-cı il təvəllüdlü Orucov Zaur Eldar oğlu, 1962-ci il təvəllüdlü Orucovova Sevinc Oruc qızı, 1987-ci il təvəllüdlü Mustafayeva Nigar Eldar qızı, 2009-cu il təvəllüdlü Mustafayeva Fərqanə İlham qızı, habelə “VAZ-2121” markalı avtomobilin sürücüsü və onun sərnişini Göyçay rayon sakini Şıxalizadə Gulnar İlqar qızı xəsarət alaraq Mingəçevir şəhər və Göyçay rayon xəstəxanalarına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi