Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar

11 mart 2016-cı il

 

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 09.03.2016-cı il tarixdə müvafiq dəyişikliklər edilmişdir.

Dəyişikliklərə əsasən paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.

 

Qeyd:

 09.03.2016-cı il tarixinədək məhdudiyyət müddəti mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək olub.


xəbərlərin arxivi