Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

23 mart 2016-cı il tarixdə Lənkəran rayonu ərazisində 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

23 mart 2016-cı il

23 mart 2016-cı il tarixdə saat 21:00 radələrində Lənkəran-Boradigah yolunda  Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xəlilzadə Xansu Talıb oğlu idarə etdiyi “VAZ-21099” markalı, 10-GJ 472 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yolu keçən 4 piyadanı vurub, daha sonra avtomobil yolun kənarındakı ağaca çırpilib.
 
Qəza nəticəsində piyadalardan Lənkəran şəhər sakinləri 1995-ci il təvəllüdlü Cəbrayılzadə Əli İldar oğlu, 1979-cu il təvəllüdlü İsmayılov İmran Şahverən oğlu, 1988-ci il təvəllüdlü Hüseynov Elvin Əliheydər oğlu hadisə yerində ölüblər, digər piyada 1991-ci il təvəllüdlü Əliyev Səbuhi Nəriman oğlu və avtomobildəki sərnişin Astara rayon sakini, 1987-ci il təvəllüdlü Həsənov Kənan İxtiyar oğlu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da piyadanın həyatını xilas etmək mümkün olmayıb.  Faktla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi