Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

Ölkə ərazisində turizm səyahətinə çıxamaq istəyən hüquqi və fiziki şəxslərə müraciət

31 may 2016-cı il

Son illər respublikada turizm sahəsində keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu sahə inkişaf etmiş, ayrı-ayrı regionlara səfərə çıxan xarici və yerli turistlərin sayı artmışdır.

Bu səfərlərin təşkili müxtəlif turizm şirkətləri ilə yanaşı ayri-ayri fiziki şəxslər tərəfindən də həyata keçirilir. Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş turlar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, daşımalara cəlb edilmiş nəqliyyat vasitəsinin marşrutun keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da bəzən ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.

Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi təhlükəsizliyin təmin olunması məqsədilə belə səfərlərin müasir, təhlükəsizlik elemetləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm şirkətləri vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, bu səfərlər ayrı-ayrı fiziki şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 qaynar-xətt telefonuna müraciət olunmasını tövsiyə edir.

 
xəbərlərin arxivi