Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

2016-cı ilin 5 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə

11 iyun 2016-cı il

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin 5 ayı ərzində respublika ərazisində 732 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 242 nəfər həlak olmuş, 797 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 119 fakt (14%), həlak olanların sayı 86 nəfər (26,2%), yaralananların sayı 99 nəfər (11%) azalmışdır.
Bakı şəhəri ərazisində 268 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 58 nəfər həlak olmuş, 290 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 66 fakt (19,8%), 58 nəfər (41,4%), 290 nəfər (16,4 %) azalmışdır.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,3%-i (281 hadisə, 91 ölüm, 311 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 24,7%-i (181 hadisə, 74 ölüm, 159 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 13,1%-i (96 hadisə, 21 ölüm, 127 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (14 hadisə, 3 ölüm, 20 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 42,7%-ni (313) piyadaların vurulması təşkil etmiş, nəticədə 106 piyada həlak olmuş, 229-u yaralanmışdır. 13 yol-nəqliyyat hadisəsi piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş vermişdir. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər uşaq və yeniyetmə həlak olmuş, 61 nəfər yaralanmışdır.
xəbərlərin arxivi