Məlumatlar 16 oktyabr 2017-ci il

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

17 iyun 2016-cı il tarixdə Şəmkir rayonu ərazisində 4 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

20 iyun 2016-cı il

17 iyun 2016-cı il tarixdə saat 20:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Şəmkir rayon Könüllü kəndi ərazisindən keçən 389-cu km-də 1957-ci il təvəllüdlü Şəmkir rayon sakini Həsənov İltizam Şəmistan oğlunun idarə etdiyi “VAZ-21063” markalı, 25-BC-756 dövlət qeydiyyat nişanlı avtomobillə 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Muxtarov İntiqam Qənbər oğlunun idarə etdiyi “Mersedes-Bens” markalı, 90-SV-167 dövlət qeydiyyat nişanlı avtomobil  toqquşub.

Qəza nəticəsində “VAZ-21063” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - 1981-ci il təvəllüdlü Həsənova Aynurə Fərhad qızı,  1980-ci il təvəllüdlü Bayramova Xanım İltizam qızı, 1960-cı ci il təvəllüdlü Həsənova Həmidə Abdulla qızı ölüblər, həmin avtomobildə olan digər sərnişinlər - 1996-cı il təvəllüdlü Bayreamov Vahid Ramin oğlu, 1981-ci il təvəllüdlü Həsənov Ramin İltizam oğlu və 2004-cü il təvəllüdlü Həsənov Röyal Ramin oğlu Şəmkir Mərkəzi Rayon Xəstəxanasına, digər avtomobilin sürücüsü isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 
xəbərlərin arxivi