Məlumatlar 24 iyul 2017-ci il

Respublika ərazisində «Təmiz hava» aylığının keçirilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinin

2017-ci ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri barədə

14 iyul 2017-ci il

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2017-ci ilin 6 ayı ərzində respublika ərazisində 848 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 315 nəfər həlak olmuş, 832 nəfər yaralanmışdır. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 57 fakt (6,3%) azalmış, həlak olanların sayı 11 nəfər (3,6%) artmış, yaralananların sayı isə 138 nəfər (14,2%) azalmışdır.
Bakı şəhəri ərazisində 297 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 84 nəfər həlak olmuş, 264 nəfər yaralanmışdır. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı uyğun olaraq 26 fakt (8%), 78 nəfər (22,8%) azalmış, həlak olanlarınsayı 11 nəfər (15,1 %) artmışdır.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 31,1%-i (276 hadisə, 96 ölüm, 335 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 31,1%-i (264 hadisə, 129 ölüm, 214 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (105 hadisə, 12 ölüm, 121 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,5%-i (13 hadisə, 8 ölüm, 13 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 49%-ni (416) piyadaların vurulması təşkil etmiş, nəticədə 132 piyada həlak olmuş, 307 nəfər yaralanmışdır. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər uşaq və yeniyetmə həlak olmuş, 96 nəfər yaralanmışdır.


xəbərlərin arxivi