Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi
 barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 106) aşağıdakı dəyişikliklər edilsin:
1. 27-ci maddə üzrə:
1.1. I hissənin ikinci cümləsindən və VI hissənin 4-cü bəndindən “və ya vergilərin” sözləri çıxarılsın;
1.2. IV-I hissənin 5-ci bəndindən “, verginin” sözü çıxarılsın.
2. 30-cu maddə üzrə:
2.1. VI-I hissənin 4-cü bəndindən “, verginin” sözü çıxarılsın;
2.2. VII hissənin 4-cü bəndindən “və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin” sözləri çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2015-ci il.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 952-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352) aşağıdakı dəyişikliklər edilsin:
1. 84-cü maddə üzrə:
1.1. 3-cü bənddən “, eləcə də inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını” sözləri çıxarılsın;
1.2. 6-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6-1) inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirmək;”;
1.3. aşağıdakı məzmunda 6-2-ci bənd əlavə edilsin:
“6-2) inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək;”.
2. 85-ci maddə üzrə:
2.1. 2-ci bəndin ikinci abzasından “və уa xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda” sözləri çıxarılsın;
2.2. 5-ci bənd ləğv edilsin;
2.3. 10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur.”;
2.4. aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:
“13) Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.”.
3. 85-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
Maddə 85-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2015-ci il.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467) aşağıdakı dəyişikliklər edilsin:
1. 14-cü maddədə “sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilmiş” sözləri “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş” sözləri ilə əvəz edilsin.
2. 27-ci maddənin I hissəsinin ikinci cümləsində “sahibinin mülki məsuliyyətinin icbari sığortasının” sözləri “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının” sözləri ilə əvəz edilsin.
3. 30-cu maddənin VII hissəsinin 5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“5) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsini.”.
4. 37-ci maddənin I hissəsinin 1-ci bəndində “nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsini” sözləri “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467) aşağıdakı dəyişikliklər edilsin:
1. 83-cü maddənin II hissəsində “texniki nəzarətetmə vasitələrinin” sözləri “xüsusi texniki vasitələrin” sözləri ilə əvəz edilsin və bu hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.”.
2. 84-cü maddənin 6-1-ci bəndində “mərkəzi məlumat” sözləri “mərkəzi informasiya” sözləri ilə əvəz edilsin.
3. 85-1-ci maddənin II hissəsində “texniki nəzarət etmə vasitələrindən” sözləri “xüsusi texniki vasitələrdən” sözləri ilə, X hissəsinin ikinci cümləsində isə “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2014-cü il.

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298) 27-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda VI-I hissə əlavə edilsin:
“VI-I. Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.”;
2. aşağıdakı məzmunda XIII-II hissə əlavə edilsin:
“XIII-II. Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2014-cü il.     


“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363) aşağıdakı dəyişikliklər edilsin:
1. 27-ci maddə üzrə:
1.1. IV-I hissənin 5-ci bəndinə “plastik kart” sözlərindən sonra “, elektron ödəmə sistemləri” sözləri əlavə edilsin;
1.2. VI hissənin 4-cü bəndində və VIII hissənin ikinci cümləsində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilsin;
1.3. XIII hissənin 3-cü bəndində “qəbzi” sözü “sənədi” sözü ilə əvəz edilsin;
2. 30-cu maddə üzrə:
2.1. VI-I hissənin 4-cü bəndinə “plastik kart” sözlərindən sonra “, elektron ödəmə sistemləri” sözləri əlavə edilsin;
2.2. VII hissənin 4-cü bəndində “qəbzi” sözü “sənədi” sözü ilə əvəz edilsin;
3. 35-ci maddə üzrə:
3.1. II hissənin 4-cü bəndində “qəbzi” sözü “sənədi” sözü ilə əvəz edilsin;
3.2. IV-I hissənin 1-ci bəndinə “plastik kart” sözlərindən sonra “, elektron ödəmə sistemləri” sözləri əlavə edilsin;
3.3. VIII hissənin 3-cü bəndində “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun 2013-cü il.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671) 35-ci maddəsinin VIII hissəsi aşağıdakı redaksiyada verilsin:
“VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz;
4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış.
Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2013-cü il.

 
 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №9, maddə 564; 2001, №5, maddə 298, №11, maddələr 676, 698; 2002, №1, maddə 9, №8, maddə 463; 2003, №8, maddə 424; 2004, №2, maddə 57, №11, maddə 901; 2005, №4, maddə 277, №10, maddə 874, №11, maddə 993; 2006, №12, maddə 1027; 2007, №6, maddə 560, №11, maddələr 1053, 1091; 2008, №2, maddə 49, №6, maddələr 453, 463, №7, maddə 602; 2009, №2, maddə 47, №4, maddə 210, №12, maddə 948; 2010, №7, maddə 598; 2011, №2, maddə 71, №4, maddə 255, № 12, maddə 1097) aşağıdakı dəyişikliklər edilsin:
1. 27-ci maddənin XIII-I hissəsinin ikinci abzasında “müqavilə notarius tərəfindən təsdiq edilmədikdə,” sözləri “müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən” sözləri ilə əvəz edilsin.
2. 30-cu maddənin VII hissəsinin 4-cü bəndində “rüsumun və ya verginin” sözləri “dövlət rüsumunun və yol vergisinin” sözləri ilə əvəz edilsin.
3. 35-ci maddənin VIII hissəsinin:
3.1. birinci cümləsində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq alınır” sözləri “qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir” sözləri ilə əvəz edilsin;
3.2. ikinci cümləsində “qanunvericiliyi” sözü “İnzibati Xətalar Məcəlləsi” sözləri ilə əvəz edilsin.
4. 50-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
“VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.”.
5. 52-ci maddənin IV hissəsinin 10-cu bəndində və VI hissəsinin 6-cı bəndində “və” bağlayıcısından sonra “bu nişanla birlikdə tətbiq edildikdə” sözləri əlavə edilsin.
6. 69-cu maddənin VI hissəsinin:
6.1. 4-cü bəndində “dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir” sözləri “3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir” sözləri ilə əvəz edilsin;
6.2. 10-cu bəndində “duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28, 5.40 nişanları ilə birlikdə tətbiq olunur” sözləri “3.28, 5.40 nişanları ilə birlikdə tətbiq edildikdə duracağın qadağan olunduğu yerləri bildirir” sözləri ilə əvəz edilsin.
7. 85-1-ci maddənin:
7.1. VI hissəsində “protokolun surəti” sözlərindən sonra “və baxılmanın yeri və vaxtı barədə bildiriş” sözləri əlavə edilsin;
7.2. VII hissəsinə “qanunla” sözü “İnzibati Xətalar Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin.
8. 85-1-ci maddəyə aşağıdakı məzmunda XIII hissə əlavə edilsin:
“XIII. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2012-ci il.


“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 245-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097) 27-ci maddəsinin VI hissəsinin 4-cü bəndində “rüsumların” sözündən sonra “(nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla)” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il.


“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərar alır:“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298) 85-ci maddəsində 2-ci bəndin “Qeyd” hissəsinin dördüncü cümləsi aşağıdakı redaksiyada verilsin:“Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio -cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2012-ci il.


“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanun
u

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №9, maddə 564; 2001, №5, maddə 298, №11, maddələr 676, 698; 2002, №1, maddə 9, №8, maddə 463; 2003, №8, maddə 424; 2004, №2, maddə 57, №11, maddə 901; 2005, №4, maddə 277, №10, maddə 874, №11, maddə 993; 2006, №12, maddə 1027; 2007, №6, maddə 560, №11, maddələr 1053, 1091; 2008, №2, maddə 49, №6, maddələr 453, 463, №7, maddə 602; 2009, №2, maddə 47, №4, maddə 210, №12, maddə 948; 2010, №7, maddə 598; 2011, №2, maddə 71, №4, maddə 255, № 12, maddə 1097) aşağıdakı dəyişikliklər edilsin:
1. 27-ci maddənin XIII-I hissəsinin ikinci abzasında “müqavilə notarius tərəfindən təsdiq edilmədikdə,” sözləri “müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən” sözləri ilə əvəz edilsin.
2. 30-cu maddənin VII hissəsinin 4-cü bəndində “rüsumun və ya verginin” sözləri “dövlət rüsumunun və yol vergisinin” sözləri ilə əvəz edilsin.
3. 35-ci maddənin VIII hissəsinin:
3.1.birinci cümləsində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə haqq alınır” sözləri “qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir” sözləri ilə əvəz edilsin;
3.2.ikinci cümləsində “qanunvericiliyi” sözü “İnzibati Xətalar Məcəlləsi” sözləri ilə əvəz edilsin.
4. 50-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
“VII. Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.”.
5. 52-ci maddənin IV hissəsinin 10-cu bəndində və VI hissəsinin 6-cı bəndində “və” bağlayıcısından sonra “bu nişanla birlikdə tətbiq edildikdə” sözləri əlavə edilsin.
6. 69-cu maddənin VI hissəsinin:
6.1. 4-cü bəndində “dayanma qadağan olunan yerləri bildirir, müstəqil və ya 3.27 nişanı ilə birlikdə tətbiq edilir” sözləri “3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir” sözləri ilə əvəz edilsin;
6.2. 10-cu bəndində “duracağın qadağan olunduğu yerləri bildirir, müstəqil və ya 3.28, 5.40 nişanları ilə birlikdə tətbiq olunur” sözləri “3.28, 5.40 nişanları ilə birlikdə tətbiq edildikdə duracağın qadağan olunduğu yerləri bildirir” sözləri ilə əvəz edilsin.
7. 85-1-ci maddənin:
7.1. VI hissəsində “protokolun surəti” sözlərindən sonra “və baxılmanın yeri və vaxtı barədə bildiriş” sözləri əlavə edilsin;
7.2. VII hissəsinə “qanunla” sözü “İnzibati Xətalar Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin.
8. 85-1-ci maddəyə aşağıdakı məzmunda XIII hissə əlavə edilsin:
“XIII. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 aprel 2012-ci il.


“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №9, maddə 564; 2001, №5, maddə 298, №11, maddələr 676, 698; 2002, №1, maddə 9, №8, maddə 463; 2003, №8, maddə 424; 2004, №2, maddə 57, №11, maddə 901; 2005, №4, maddə 277, №10, maddə 874, №11, maddə 993; 2006, №12, maddə 1027; 2007, №6, maddə 560, №11, maddələr 1053, 1091; 2008, №2, maddə 49, №6, maddələr 453, 463, №7, maddə 602; 2009, №2, maddə 47, №4, maddə 210, №12, maddə 948; 2010, №7, maddə 598; 2011, №2, maddə 71, №4, maddə 255) aşağıdakı dəyişikliklər edilsin:
1. 16-cı maddənin III hissəsi ləğv edilsin.
2. 27-ci maddə üzrə:
2.1. aşağıdakı məzmunda IV-I hissə əlavə edilsin:
“IV-I. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi;
2) nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili;
3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi;
4) nəqliyyat vasitəsinin müayinəsinin növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılması;
5) dövlət rüsumunun, verginin yalnız bank, poçt, plastik kart və ya İnternet vasitəsi ilə ödənilməsi;
6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi;
7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması.”;
2.2. V hissənin birinci cümləsində “bir gün” sözləri “30 dəqiqə” sözləri ilə, “üç” sözü isə “bir” sözü ilə əvəz edilsin;
2.3. IX hissənin birinci bəndi aşağıdakı redaksiyada verilsin:
“IX. Bu maddənin II və III hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarılır:”;
2.4. XII hissənin 4-cü yarımbəndi ləğv edilsin;
2.5. XIII hissədə “on gün müddətində göstərilən sənədlər əsasında” sözləri çıxarılsın;
2.6. aşağıdakı məzmunda XIII-I hissə əlavə edilsin:
“XIII-I. Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı üç gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.
Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu maddənin IV-I, V və VI hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.”.
3. 28-ci maddənin IV hissəsinin ikinci cümləsində “ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir” sözləri “müvafiq icra hakimiyyəti orqanına müraciət edir” sözləri ilə əvəz edilsin.
4. 29-cu maddə üzrə:
4.1. aşağıdakı məzmunda II-I hissə əlavə edilsin:
“II-I. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.”;
4.2. maddənin III hissəsi aşağıdakı redaksiyada verilsin:
“III. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.”.
4.3. maddəyə aşağıdakı məzmunda IV, V və VI hissələr əlavə edilsin:
“IV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin həmin dövlət qeydiyyat nişanının yenisi ilə (rəqəmlərin və hərflərin kombinasiyası saxlanılmaqla) əvəz edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin dövlət qeydiyyat nişanının yenisi ilə əvəz edilməsi bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
V. Dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir.
VI. Bu maddənin III, IV və V hissələrində nəzərdə tutulmuş hallarda dövlət qeydiyyat nişanının əvvəlki (sonuncu) sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə verilməsinə görə, həmin şəxs “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunu ödəməlidir.”.
5. 30-cu maddəyə aşağıdakı məzmunda VI-I hissə əlavə edilsin:
“VI-I. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
1) texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinin texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi;
2) texniki baxışın fasiləsiz olaraq keçirilməsi;
3) texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi;
4) dövlət rüsumunun, verginin yalnız bank, poçt, plastik kart və ya İnternet vasitəsi ilə ödənilməsi;
5) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi.”;
6. 33-cü maddənin III hissəsində “edir” sözündən sonra “və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir” sözləri əlavə edilsin.
7. 35-ci maddə üzrə:
7.1. adında “və dəyişdirilməsi” sözləri “, dəyişdirilməsi və qaytarılması” sözləri ilə əvəz edilsin;
7.2. I hissənin 1-ci bəndi ləğv edilsin;
7.3. aşağıdakı məzmunda I-I hissə əlavə edilsin:
“I-I. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A1”, “A” və “B” kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.”;
7.4. II hissə üzrə:
7.4.1. birinci abzas aşağıdakı redaksiya verilsin:
“II. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:”;
7.4.2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;”;
7.5. III hissə aşağıdakı redaksiyada verilsin:
“III. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.”;
7.6. IV hissənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“3) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdən sonra, üç gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.”;
7.7. aşağıdakı məzmunda IV-I hissə əlavə edilsin:
“IV-I. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
1) dövlət rüsumunun yalnız bank, poçt, plastik kart və ya İnternet vasitəsi ilə ödənilməsi;
2) növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi;
3) sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera;
4) nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi;
5) nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan nəqliyyat vasitələrindən istifadə.”;
7.8. V hissənin birinci cümləsində və VII hissədə “bir gün” sözləri “30 dəqiqə” sözləri ilə əvəz edilsin.
7.9. aşağıdakı məzmunda XIII hissə əlavə edilsin:
“XIII. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
1) nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.”.
8. 85-ci maddənin 10-cu bəndində “hallarda” sözündən sonra “(əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə)” sözləri əlavə edilsin.
9. 85-1-ci maddədə:
9.1. V hissənin üçüncü cümləsində “bank” sözü “sonradan bank, poçt, plastik kart və ya İnternet” sözləri əlavə edilsin;
9.2. VIII hissənin birinci cümləsində və IX hissənin birinci cümləsində “banka” sözü “bank, poçt, plastik kart və ya İnternet vasitəsilə” sözləri ilə əvəz edilsin;
9.3. IX hissənin birinci və ikinci cümlələrində “bank” sözündən sonra “və ya poçt” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2011-ci il.


“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 564; 2001-ci il, №5, maddə 298, №11, maddələr 676, 698; 2002-ci il, №1, maddə 9, №8, maddə 463; 2003-cü il, №8, maddə 424; 2004-cü il, №2, maddə 57, №11, maddə 901; 2005-ci il, №4, maddə 277, №10, maddə 874, №11, maddə 993; 2006-cı il, №12, maddə 1027; 2007-ci il, №6, maddə 560, №11, maddələr 1053, 1091; 2008-ci il, №2, maddə 49, №6, maddələr 453, 463, №7, maddə 602; 2009-cu il, №2, maddə 47, №4, maddə 210, № 12, maddə 948; 2010-cu il, №7, maddə 598) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddənin 27-ci bəndində “uçotunu aparmaq” sözlərindən sonra “, şəxslərin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almasını təmin etmək” sözləri əlavə edilsin.
2. 6-cı maddənin I hissəsinə aşağıdakı məzmunda 6-1-ci bənd əlavə edilsin:
“6-1) barələrində yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almaq;”.
3. 84-cü maddənin 3-cü bəndində “inzibati cərimənin yerində ödənilməsi barədə qəbz blanklarını” sözləri “inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını” sözləri ilə əvəz edilsin.
4. 85-ci maddə üzrə:
4.1. 2-ci bəndin ikinci abzasında “müəyyən olunduqda,” sözlərindən sonra “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda,” sözləri əlavə edilsin;
4.2. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5) nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda, sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparır (əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərir).”;
4.3. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“6) aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edir (qaydanı bir neçə şəxs pozmuşdursa, onlardan hər biri barədə ayrıca inzibati protokol tərtib edir).”;
4.4. 9-cu bəndin birinci abzasında “digər əsas olmadıqda,” sözlərindən sonra “nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda,” sözləri əlavə edilsin.
5. Aşağıdakı məzmunda 85-1-ci maddə əlavə edilsin:
“Maddə 85-1. Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası
I. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir və onun surəti barəsində protokol tərtib olunan şəxsə dərhal verilir. Protokol xüsusi hazırlanmış və nömrə üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına ciddi hesabatla verilən blank formasında tərtib edilir.
II. Yol hərəkəti qaydalarının pozuntusunun aşkar edilməsində texniki nəzarət etmə vasitələrindən istifadə olunmuşdursa, protokolda onların göstəriciləri qeyd olunmalıdır. Yol hərəkəti qaydalarının pozulması nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya ona maddi zərər yetirilmişdirsə, bu hallar protokolda əksini tapmalıdır.
III. Sürücü tərəfindən nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək onun sürücülük vəsiqəsi götürülür və həmin şəxsə nəqliyyat vasitəsini bir ay müddətində müvəqqəti idarə etmək hüququ verən, xüsusi hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarına nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilmiş sənəd verilir, sürücülük vəsiqəsi inzibati protokola əlavə edilir. Nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə minənədək uzadılır.
IV.Yol hərəkəti qaydalarını pozmuş şəxs inzibati xəta hadisəsinin mövcudluğu və tətbiq edilən inzibati cərimə tənbeh növü ilə razılaşdıqda, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul edilir və inzibati xəta törətmiş şəxsə cəriməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşında olan xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə, plastik kart vasitəsilə ödəmək imkanı verilir. Qəbul edilən qərar və təyin olunan cərimənin məbləği protokolda qeyd edilir.
V.Cərimə plastik kart vasitəsilə ödənildikdə iki nüsxədə qəbz çap olunur. Bir nüsxə protokola əlavə olunur, ikinci nüsxə isə protokolun surəti ilə birlikdə inzibati xəta törətmiş şəxsə verilir. İnzibati xəta törətmiş şəxsin plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilir və bu barədə protokolda qeyd aparılır. Cərimə bildirişi xüsusi hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilir.
VI. Yol hərəkəti qaydalarını pozmuş şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə və ya tətbiq edilən inzibati tənbeh növü ilə razılaşmadıqda, inzibati xəta haqqında protokol inzibati xətalar haqqında işlər üzrə icraatın həyata keçirilməsi üçün 1 iş günü ərzində aidiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərilir. Bu halda inzibati xəta törətmiş şəxsə dərhal protokolun surəti verilir.
VII. İnzibati xəta haqqında işə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında baxılması nəticəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edildikdə, müvafiq cərimə bildirişi tərtib olunur. Qərarın surəti və müvafiq cərimə bildirişi işə baxılmasında iştirak edən inzibati xəta törətmiş şəxsə dərhal və şəxsən verilir, işin baxılmasında iştirak etməyən inzibati xəta törətmiş şəxsə həmin sənədlər üç günədək müddətdə qanunla nəzərdə tutulmuş qaydada verilir.
VIII. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati xəta törətmiş şəxs cərimə bildirişi üzrə müvafiq məbləği banka ödəməlidir. Barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərar qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir.
IX. İnzibati xəta törətmiş şəxs müvafiq məbləği banka ödədikdə, bu barədə ona bank tərəfindən qəbz verilir. Ödənişi qəbul edən bank cərimə bildirişinin nömrəsi əsasında müvafiq ödənişin edildiyi barədə 1 iş günü ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
X. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.
XI. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Həmin qərar inzibati xəta törətmiş şəxsə bu maddənin yeddinci hissəsinə uyğun olaraq təqdim edilir. Həmin nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən dayandırılır, şəxs nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və nəqliyyat vasitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanılır. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
XII. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulu ödənildikdə, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərara xitam verilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülür.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2011-ci il





Çap et  Çap et
generated 0.011212825775146 seconds