Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

24 iyul 2011-ci il tarixdə Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması, Hacıqabul rayonu ərazisində isə 2 nəfərin ölümü, 3 nəfərinsə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

25 iyul 2011-ci il

         24 iyul 2011-ci il tarixdə saat 04:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayon ərazisindən keçən 31-ci km-də 1990-cı il təvəllüdlü, Qaradağ rayon sakini Mehdiyev Sənan Nadirxan oğlu idarə etdiyi “Mercedes-Benz” markalı 90-XL-271 dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ kənarına çıxararaq aşırıb. Qəza nəticəsində xəsarət alanlar Bakı şəhər Klinik Tibbi Mərkəzinə çatdırılsalar da sürücü və avtomobildə olan sərnişinlərdən, Qaradağ rayon sakini 1993-cü il təvəllüdlü Hüseynov Asim Mahir oğlu ölüb, Sumqayıt  şəhər sakini, 1987-ci il təvəllüdlü Rəcəbov Amid Əfqan oğlunun vəziyyəti qənaətbəxşdir.
Digər yol-nəqliyyat hadisəsi saat 16:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Atbulaq kəndi ərazisindən keçən 87-ci km-də baş verib. Zərdab rayon sakini, 1977-ci il təvəllüdlü Zaur Məhərrəmov idarə etdiyi “Mercedes-Benz” markalı, 10-XJ-387 dövlət qeydiyyat nişanlı avtomobili aşırması nəticəsində avtomobildəki sərnişinlər, Zərdab rayon sakinləri 1959-cu il təvəllüdlü Məleykə İsmayılova və 1952-ci il təvəllüdlü Qətibə Əhmədova hadisə yerində ölüb, sürücü və digər sərnişinlər, 1953-cü il təvəllüdlü Nazilə Məmmədova, 1968-ci il təvəllüdlü Şəlalə Məmmədova xəsarət alaraq xəstəxanaya çatdırılıblar, vəziyyətləri orta-ağırdır.

xəbərlərin arxivi




Çap et  Çap et