Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

27 avqust 2011-ci il tarixdə Sabirabad rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

27 avqust 2011-ci il

27 avqust 2011-ci il tarixdə saat 17:15 radələrində Qazıməmməd-Bəhramtəpə yolunun Sabirabad rayonu, Nizami kənd ərazisindən keçən 23-cü km-də Şirvan şəhər sakini 1969-cu il təvəllüdlü Məmmədov Səyyad Telman oğlu Bəhramtəpə istiqamətində idarə etdiyi “Opel-Astra” markalı, 19-BF-602 dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməsini itirərək əks istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini Qasımov Baləhəd Eldar oğlunun idarə etdiyi AR DNŞ-nə məxsus “Ford Karqo” markalı, 90-JM-733 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşdurub, bundan sonra “Opel-Astra” markalı avtomobil fırlanaraq öz hərəkət zolağına qayıtdıqda özündən arxada Bəhramtəpə istiqamətində hərəkətdə olan Beyləqan rayon sakini 1965-ci il təvəllüdlü Quliyev İsa Sabir oğlunun idarə etdiyi “Daevoo Nexia” markalı, 50-BP-576 dövlət qeydiyyat nişanlı avtomobillə, eyni zamanda “Ford Karqo” markalı yük avtomaşını “Daevoo Nexia” markalı avtomobilin arxası ilə eyni istiqamətdə hərəkətdə olan İmişli şəhər sakini 1987-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Binnət oğlunun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Opel-Astra” markalı avtomobilin sürücüsü və sərnişini Şirvan şəhər sakini 1995-ci il təvəllüdlü Quliyev Elmir Allahverdi oğlu hadisə yerində ölüb, digər sərnişin Şirvan şəhər sakini 1995-ci il təvəllüdlü Məmmədov Azər Telman oğlu xəsarət alaraq Şirvan MŞX-na yerləşdirilib.
xəbərlərin arxivi




Çap et  Çap et