Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

25 sentyabr 2011-ci il tarixdə Şəki rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

25 sentyabr 2011-ci il

25 sentyabr 2011-ci il tarixdə saat 14.20 radələrində Yevlax-Zakatala-Gürcüstan sərhədi yolunun 39-cu km-də 1953-cü il təvəllüdlü, Şəki rayon sakini İbrahimov Suliddin Şükür oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 45-BD-447 dövlət qeydiyyat nişanlı avtomobillə həmyerlisi, 1973-cü il təvəllüdlü Cəfərov Müşfiq Valeh oğlunun idarə etdiyi “Qaz-3302” markalı, 10-NE-611 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü və onun 1972-ci il təvəllüdlü sərnişini Məcidov Sultan Sadəddin oğlu hadisə yerində ölüb, digər avtomobilin sürücüsü isə xəsarət alaraq Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

xəbərlərin arxivi




Çap et  Çap et