Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

24 oktyabr 2011-ci il tarixdə Kürdəmir rayonu ərazisində 3 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

24 oktyabr 2011-ci il

24 oktyabr 2011-ci il tarixdə saat 14:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Kürdəmir rayonu Çöhranlı kəndi ərazisindən keçən 191-ci km-də 1968-ci il təvəllüdlü Ağstafa rayon sakini Abbasov Vasif Çərkəz oğlu “Mersedes-Benz-312D” markalı, 10-OC-139 dövlət qeydiyyat nişanlı mikroavtobusu Qazax rayonu istiqamətində idarə edərkən yolu keçmək istəyən piyada 1994-cü il təvəllüdlü Kürdəmir rayon sakini İsgəndərov Ramal Ataş oğlunu vuraraq  avtomobil üzərində idarə etməni itirib və avtobus yolun sağ ehtiyat hissəsində yerləşən yol nişanı dirəyinə çırpılıb. Qəza nəticəsində piyada R.İsgəndərov və mikroavtobusda olan sərnişinlər, 1966-cı il təvəllüdlü Şəmkir rayon sakini Mehdiyeva Almaz Həsən qızı hadisə yerində, 1961-ci il təvəllüdlü Tovuz rayon sakini Tağıyev Aydın Aşat oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb, digər sərnişinlər, 1965-ci il təvəllüdlü Yevlax rayon sakini Məmmədov Hüseyn Əbilhəsən oğlu, 1959-cu il təvəllüdlü Ağstafa rayon sakini Kərimova Şahnaz Vahid qızı və 1948-ci il təvəllüdlü Bakı şəhər sakini Kərimova Tofiqə Ənvər qızı xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

xəbərlərin arxivi




Çap et  Çap et