Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

27 oktyabr 2011-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

27 oktyabr 2011-ci il

27 oktyabr 2011-ci il tarixdə saat 02:30 radələrində Qala qəsəbəsi ərazisində 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Musayev Gündüz Əyyam oğlu idarə etdiyi “Range-Rover” markalı, 10-HF-505 dövlət qeydiyyat nişanlı avtomobili qarşıda gedən 1953-cü il təvəllüdlü Xaçmaz rayon sakini Səfərəliyev Teyfur Qafur oğlunun idarə etdiyi “Kamaz” markalı, 27-BF-950 dövlət qeydiyyat nişanlı avtomobilə vurub.
Qəza nəticəsində “Range-Rover” markalı avtomobilin sürücüsü və sərnişini 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Timurbulatova Rozaliya Vladimirovna hadisə yerində ölüblər.

xəbərlərin arxivi




Çap et  Çap et