Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

30 oktyabr 2011-ci il tarixdə Beyləqan rayonu ərazisində 3 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

30 oktyabr 2011-ci il

30 oktyabr 2011-ci il tarixdə saat 18:50 radələrində Mingəçevir-Bəhramtəpə yolunun 140-cı km-də 1957-ci il təvəllüdlü Beyləqan rayon sakini Cabbarov Cabbar Möhübbət oğlunun idarə etdiyi “Ford-Tranzit” markalı, 52-BG-286 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1962-ci il təvəllüdlü Lənkəran rayon sakini Şuşayev İltifat Ramazan oğlunun idarə etdiyi “VAZ-21043” markalı, 42-BN-334 dövlət qeydiyyat nişanlı  avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-21043” markalı avtomobilin sürücüsü və sərnişinləri, Masallı rayon sakinləri, 1959-cu il təvəllüdlü Nəsirov Fəxrəddin İltifat oğlu və 1941-ci il təvəllüdlü Nəsirova Rəfiqə Süleyman qızı hadisə yerində ölüb, 1981-ci il təvəllüdlü Quliyev Ramin Ramiz oğlu və 1970-ci il təvəllüdlü Lənkəran rayon sakini Abbasova Yusifə Ələkbər qızı, habelə “Ford-Tranzit” markalı avtomobilin sürücüsü xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

xəbərlərin arxivi




Çap et  Çap et