Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

7 noyabr 2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması, Hacıqabul rayonu ərazisində isə 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib

07 noyabr 2011-ci il

7 noyabr 2011-ci il tarixdə saat 23:00 radələrində paytaxtın Ziya Bünyadov prospektində Gədəbəy rayon sakini 1986-cı il təvəllüdlü Bayramov Samir Məzahir oğlu idarə etdiyi “Mersedes-Benz” markalı 10-TP-971 dövlət qeydiyyat nişanlı avtomobili maniyəyə vurub.
Qəza nəticəsində sürücü və sərnişini, 1963-cü il təvəllüdlü Əliyev Xəqani Teymur oğlu hadisə yerində ölüb, digər sərnişin, 1991-ci il təvəllüdlü Bakı şəhər sakini İsgəndərov Elşən Natiq oğlu xəsarət alaraq  xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.    
Digər yol-nəqliyyat hadisəsi saat 22:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 125,2-ci km-də baş verib. Sumqayıt şəhər sakini 1970-ci il təvəllüdlü İsrafilov İlham Müseyib oğlunun Göyçay rayonu istiqamətində idarə etdiyi “Kamaz-5321” markalı, 50-AC-214 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əks istiqamətdə hərəkətdə olan “Hyundai-Tucson” markalı, 90-CX-591 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza nəticəsində şəxsiyyətləri məlum olmayan “Hyundai-Tucson” markalı avtomobilin    sürücüsü və biri 25-30 yaşlarında qadın olmaqla 3 sərnişini hadisə yerində ölüb, “Kamaz-5321” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  
                     

xəbərlərin arxivi




Çap et  Çap et