Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

27 noyabr 2011-ci il tarixdə Qazax rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

27 noyabr 2011-ci il

27 noyabr 2011-ci il tarixdə saat 23:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qazax rayonu Çaylı kəndi ərazisindən keçən 467-ci km-də 1992-ci il təvəllüdlü Qazax rayon sakini Mehdiyev Elnur Hüseyn oğlunun idarə etdiyi  “VAZ-2106” markalı, 10-DZ-660 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan 1974-cü il təvəllüdlü Yevlax rayon sakini Məsimov Kənan Əcəb oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 90-NA-373 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “Mersedes-Benz” markalı avtomobilin sürücüsü və “VAZ-2106” markalı avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Qazax rayon sakini Yusifov Kənan Kəmaləddin oğlu hadisə yerində ölüb, “VAZ-2106” markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

xəbərlərin arxivi




Çap et  Çap et