Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

10 dekabr 2011-ci il tarixdə Ağdam rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

10 dekabr 2011-ci il

10 dekabr 2011-ci il tarixdə saat 18:00 radələrində Borsunlu-Hindarx yolunun 82-ci km-də 1988-ci il təvəllüdlü Bərdə rayon sakini Yusifov Vaqif Emin oğlunun idarə etdiyi “Mersedes-Benz” markalı, 10-VD-027 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Ağdam rayon sakini Hüseynov Anar Xasay oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90-EN-618 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişini, 1983-cü il təvəllüdlü Ağdam rayon sakini Ağayev Xankişi Hümbət oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi




Çap et  Çap et