Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

10 yanvar 2012-ci il tarixdə Şirvan rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

10 yanvar 2012-ci il

10 yanvar 2012-ci il tarixdə saat 12:25 radələrində Salyan-Şirvan yolunun Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən 6-cı km-də Lənkəran rayon sakini 1983-cü il təvəllüdlü Nəsirov Fuad Nurəddin oğlu “Mercedes-Benz” markalı, 10-ZS-790 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu aşırıb. Qəza nəticəsində sürücü F.Nəsirov və sərnişini, 1989-cu il təvəllüdlü Daşkəsən rayon sakini Xandəmirov İlkin Allahverdi oğlu hadisə yerində ölüblər.
xəbərlərin arxivi




Çap et  Çap et