Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

01 fevral 2012-ci il tarixdə rayonu Abşeron rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

01 fevral 2012-ci il

01 fevral 2012-ci il tarixdə saat 16:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 28-ci km-də Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Abdullayev Gündüz Dadaş oğlunun idarə etdiyi “Kamaz” markalı, 90-JN-370 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İsmayıllı şəhər sakini, 1976-cı il təvəllüdlü Behbudov Rəşad Xəlil oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 39-BA-880 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücü R. Behbudov və sərnişinləri, 1975-ci il təvəllüdlü Tovuz rayon sakini Məmmədov Rasim Əmir oğlu və 1992-ci il təvəllüdlü İsmayıllı rayon sakini Mürsəlova Uzunca Əkrəm qızı hadisə yerində ölüblər.


xəbərlərin arxivi




Çap et  Çap et