Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

15 mart 2012-ci il tarixdə Qax rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

15 mart 2012-ci il

15 mart 2012-ci il tarixdə saat 06:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan səhədi yolunun 102-ci km-də Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Həsənov Ceyhun Nəzir oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 10-ZR-448 dövlət qeydiyyat nişanlı avtomobillə Balakəndən Şəki rayonu istiqamətində hərəkət edərkən idarəetməni itirərək yolun soluna çıxaraq arxası ilə yol kənarındakı ağaca  dəyib.
Qəza nəticəsində avtomobildəki sərnişinlər, Balakən rayon sakini 1991-ci il təvəllüdlü Novruzova Emilya Müsənnif qızı və 1987-ci il təvəllüdlü Şamaxı rayon sakini Əliyev Cavid Ağamurad oğlu xəstəxanaya aparılarkən yolda ölüblər, sürücü isə xəsarət alaraq Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi




Çap et  Çap et