Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

20 mart 2012-ci il tarixdə Şabran rayonu ərazisində 3 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

20 mart 2012-ci il

20 mart 2012-ci il tarixdə saat 21:00 radələrində Gəndob-Yalama yolunun Şabran rayonu, Ağalıq kəndi ərazisindən keçən 10-cu km-də Şabran rayon sakini, 1971-ci il təvəllüdlü Əlibabayev Niyətəli Qəribağa oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 17-BC-173 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayon sakini, 1989-cu il təvəllüdlü Ələsgərov Sərxan Şakir oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 10-BC-984 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 17-BC-173 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü N.Əlibabayev, sərnişinləri Şabran rayon sakinləri 1982-ci il təvəllüdlü Əlibabayeva Telli Tahir qızı və 2010-cu il təvəllüdlü Əlibabayev Elmir Niyətəli oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Digər avtomobilin sürücüsü S. Ələsgərov və sərnişinləri, Şabran rayon sakinləri 1991-ci il təvəllüdlü Poladov Namik Damət oğlu, 1982-ci il təvəllüdlü Həmzəyev Rədxan Əsgər oğlu və 1988-ci il təvəllüdlü Paşayev Kamran Ariz oğlu xəsarət alaraq Xaçmaz  Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

xəbərlərin arxivi




Çap et  Çap et