Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

20 aprel 2012-ci il tarixdə paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 10 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

20 aprel 2012-ci il

20 aprel 2012-ci il tarixdə saat 16:13 radələrində paytaxtın Qaradağ rayonu ərazisində 1957-ci il təvəllüdlü Vahidov Eldar Vahid oğlunun Qaxdan Bakı istiqamətində idarə etdiyi "Daevvo” markalı, 90-XK-481 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə 1991-ci il təvəllüdlü Cəbrayılov Əhmədağa Elşən oğlunun idarə etdiyi "Kamaz" markalı, 66-BG-242 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində avtobusun 1 sərnişini, 1961-ci il təvəllüdlü Qax rayon sakini Veraşvili Lizi İordanovna hadisə yerində, avtobusun sürücüsü isə xəstəxanada ölüb. Avtobusda xəsarət almış daha 10 sərnişin Respublika Kliniki Xəstəxanasına yerləşdiriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi




Çap et  Çap et