Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

14 aprel 2012-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

14 aprel 2012-ci il

14 aprel 2012-ci il tarixdə saat 15:30 radələrində Gəncə şəhərinin Ü. Hacıbəyov küçəsində 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini Rəhimov Hümbət Elsevər oğlu idarə etdiyi “Opel” markalı, 55-BH-798 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu aşırıb. Qəza nəticəsində avtomobildəki sərnişinlər, Gəncə şəhər sakinləri, 1996-cı il təvəllüdlü Əliyev Rufan Amil oğlu və 1997-ci il təvəllüdlü Çobanov Vüqar Ramin oğlu hadisə yerində ölüb, xəsarət alan 1997-ci il təvəllüdlü digər sərnişin Novruzov Emin Həsrət oğlu isə xəstəxanaya çatdırılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi




Çap et  Çap et