Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

Azərbaycanda keçiriləcək beynəlxalq velosiped turniri ilə əlaqədar mayın 9-dan 13-dək paytaxtda və respublikanın bəzi rayonlararası yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

08 may 2012-ci il

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş beynəlxalq velosiped turniri ilə əlaqədar mayın 9-da paytaxtın Azadlıq meydanı, Neftçilər prospekti boyunca Azneft dairəsində, Nobel prospekti, Zığ şosesində, mayın 10 və 12-də Bakı-İsmayıllı, mayın 11-də isə Qəbələ-Şəki yolunda nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.
          Sürücülərdən xahiş olunur ki, qeyd olunan günlərdə həmin istiqamətlərdə fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.

xəbərlərin arxivi




Çap et  Çap et