Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

13 may 2012-ci il tarixdə Xızı rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

13 may 2012-ci il

13 may 2012-ci il tarixdə saat 15:55 radələrində Bakı-Quba-Dağıstan sərhəddi yolunun Xızı rayonu ərazisindən keçən 59-cu km-də 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Qurbanov Əbilfərz İbad oğlu “VAZ-21104” markalı, 10-SF-996 dövlət qeydiyyat nişanlı avtomobili Quba rayonu istiqamətində idarə edərkən yolun sağ kənarına çıxaraq onu aşırıb.  
Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1965-ci il təvəllüdlü Quba rayon sakini Qurbanov Yunus İbad oğlu, 1958-ci il təvəllüdlü Bakı şəhər sakini Qurbanova Hənifə Bəybala qızı aldıqları xəsarətlərdən  hadisə yerində ölüblər, Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Qurbanov Ağaqulu İbad oğlu və 1981-ci il təvəllüdlü Şahbazov Elvin Möhübbət oğlu isə xəsarət alaraq Sumqayıt  Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.

xəbərlərin arxivi




Çap et  Çap et