Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

14 may 2012-ci il tarixdə Daşkəsən rayonu ərazisində 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

14 may 2012-ci il

14 may 2012-ci il tarixdə saat 19:00 radələrində Daşkəsən-Gəncə yolunun 29-cu km-də 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Qarayev Elnur Qaraş oğlu idarə etdiyi “VAZ-2107” markalı, 90-FM-761 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşaraq çaya düşüb.  
Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Daşkəsən rayon sakinləri, 1938-ci il təvəllüdlü Quliyeva Maral Həsən qızı və nəvəsi 2006-cı il təvəllüdlü  Quliyeva Maral Zəki qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüblər, sürücü E.Qarayev və digər sərnişinlər Gəncə şəhər  sakinləri, 1961-ci il təvəllüdlü Məmmədova Rufa İdris qızı, 1993-cü il təvəllüdlü Məmmədova Bilqeyis Şakir qızı, 1962-ci il təvəllüdlü Daşkəsən rayon sakini Quliyeva Nailə İmran qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

xəbərlərin arxivi




Çap et  Çap et