Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

16 may 2012-ci il tarixdə Qobustan rayonu ərazisində 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

16 may 2012-ci il

16 may 2012-ci il tarixdə saat 14:55 radələrində Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən 73,6-cı km-də Sumqayıt şəhər sakini, 1967-ci il təvəllüdlü Talıbov Oktay Çərkəz oğlunun Şamaxı rayonu istiqamətində idarə etdiyi “Zil-130” markalı, 10-FN-274 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əks istiqamətdə hərəkətdə olan Qəbələ rayon sakini, 1978-ci il təvəllüdlü Rəhimov Əfqan Qəhrəman oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, 90-KZ-938 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində “Mercedes-Benz” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər, Qəbələ rayon sakinləri, 1979-cu il təvəllüdlü Rəhimova Kəmalə Azad qızı, 2002-ci il təvəllüdlü Rəhimov Qəhrəman Əfqan oğlu və 2005-ci il təvəllüdlü Rəhimov Röyan Əfqan oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi




Çap et  Çap et