Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

30 may 2012-ci il tarixdə Yevlax rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

30 may 2012-ci il

30 may 2012-ci il tarixdə saat 22:30 radələrində Aran-Mingəçevir yolunun 8-ci km-də, Tanrıqulular kəndinin ərazisində Mingəçevir şəhər sakinləri, 1956-cı il təvəllüdlü Sadıqov Rafiq Saleh oğlunun idarə etdiyi “QAZ-31” markalı, 45-AA-113 dövlət qeydiyyat nişanlı avtomobillə 1953-cü il təvəllüdlü Sadıqov Vəli Mövsüm oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 45-BH-023 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində sürücü R.Sadıqov və avtomobildə olan sərnişinlərdən, Mingəçevir şəhər sakinləri 1955-ci il təvəllüdlü Mahmudov Çingiz Ağadur oğlu hadisə yerində ölüb, digər sərnişin 1962-ci il təvəllüdlü Sadıqova Gülnar Şaban isə qızı xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et