Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

01 iyun 2012-ci il tarixdə Sumqayıt şəhərində 3 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

01 iyun 2012-ci il

01 iyun 2012-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində 1983-cü il təvəllüdlü  şəhər sakini Aslanov Elnur İsgəndər oğlu “VAZ-21015” markalı, 50-CF-072 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onu hasara vurub.
 Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişinlər, Sumqayıt şəhər sakinləri, 1977-ci il təvəllüdlü Abışov Gündüz Ramiz oğlu, Babayev Valeh Ağakişi oğlu hadisə yerində ölüblər, 1976-cı il təvəllüdlü  Nemətov Eldar Müslüm oğlu isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

xəbərlərin arxivi




Çap et  Çap et