Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

13 iyun 2012-ci il tarixdə Göygöl şəhəri ərazisində 4 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

13 iyun 2012-ci il

13 iyun 2012-ci il tarixdə saat 16:15 radələrində Gəncə-Şəmkir yolunun 7-ci km-də Şəmkir rayon sakini 1979-cu il təvəllüdlü İsmayılov Ramin Ələddin oğlunun idarə etdiyi “Mercedes-Benz-Vito” markalı, 20-DB-618 dövlət qeydiyyat nişanlı avtomobillə 1980-cı il təvəllüdlü Bakı şəhər sakini Abbasov Xəyam Nürəddin oğlunun idarə etdiyi “Hyundai” markalı, 10-RA-398 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində sürücü R.İsmayilov və avtomobilində olan sərnişinlər, 1959-cu il təvəllüdlü Şəmkir rayon sakini Əbdülrəhmanov Valeh Hümbət oğlu, 1950-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Nuriyev Muradəli Mirzəqulu oğlu, 1959-cu il təvəllüdlü Bakı şəhər sakini Qəmbərov Vüqar Qiyas oğlu  hadisə yerində ölüblər, digər sərnişinlər, 1995-ci il təvəllüdlü Gədəbəy rayon sakini Hüseynov Orxan Arzu oğlu, 1959-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Şahlar İsa oğlu, 1958-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Qəmbərov İlham Qiyas oğlu, habelə “Hyundai” markalı avtomobilin sürücüsü X.Abbasov və həmin avtomobildə olan sərnişin 1986-cı il təvəllüdlü Bakı şəhər sakini İsmayılov Elşən Vidadi oğlu xəsarət alaraq Gəncə şəhəri Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.

xəbərlərin arxivi




Çap et  Çap et