Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

04 sentyabr 2012-ci il tarixdə paytaxtın Qaradağ rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

04 sentyabr 2012-ci il

04 sentyabr 2012-ci il tarixdə saat 18:30 radələrində paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Hüseyn oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TF-541 dövlət qeydiyyat nişanlı avtobusla 1957-ci il təvəllüdlü Abbasov Qasid Ziyad oğlunun idarə etdiyi “Hunday” markalı, 90-DN-045 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Hunday” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan 1960-cı il təvəllüdlü xəsarət almış sərnişinlər Ağayev İlham Barat oğlu və Abbasova Gülnarə Güləli qızı xəstəxanaya çatdırılsalar da İ.Ağayevin həyatını xilas etmək mümükün olmayıb.  
      Faktla bağlı araşdırmalar aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et