Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

01 oktyabr 2012-ci il tarixdə Tovuz rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

01.10.2012

01 oktyabr 2012-ci il tarixdə saat 15:00 radələrində Bakı-Qazax-Gürcüstan  sərhəd yolunun Tovuz rayonu ərazisindən keçən 423-cü km-də 1996-cı il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Körkurt Aldinç Əli oğlunun idarə etdiyi “Ford-Tranzit” markalı, 90-LE-868 dövlət qeydiyyat nişanlı avtomobillə 1990-cı il təvəllüdlü Tovuz rayon sakini Abbasov Elmar Siyasət oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 60-BJ-148 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və  avtomobilində olan sərnişin, 1989-cu il təvəllüdlü Tovuz rayon sakini Məmmədov Vüqar Fazil oğlu hadisə yerində ölüb, “Ford-Tranzit” markalı avtomobildə sərnişin olan 2009-cu il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Körkurt Barkiç Əli oğlu isə xəsarət alaraq Tovuz rayon mərkəzi xəstəxanasında çatdırılıb.
          Faktla bağlı araşdırmalar aparılır.