Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

07 dekabr 2012-ci il tarixdə Sumqayıt şəhəri ərazisində 6 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

07 dekabr 2012-ci il

07 dekabr 2012-ci il tarixdə saat 04:00 radələrində, Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən 31.9-cu km-də 1990-cı il təvəllüdlü Bakı şəhər sakinləri Niftaliyev Qorxmaz Rey oğlunun idarə etdiyi “VAZ-21074” markalı, 90-GN-016 dövlət qeydiyyat nişanlı avtomobillə 1975-ci il təvəllüdlü Cəlilov Gündüz Yaşar oğlunun idarə etdiyi “Mercedes-Benz-E200” markalı, 99-DX-485 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü Q.Niftaliyev və avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, 1987-ci il təvəllüdlü Mürşüdov Rövşən Vahab oğlu, 1989-cu il təvəllüdlü Şəmsəddinov Sakit Sabir oğlu, 1991-ci il təvəllüdlü Ağabalayev Kənan İlham oğlu, 1980-ci il təvəllüdlü Aslanov Elşən Qurbət oğlu və “Mercsedes-Benz E200” markalı avtomobildə olan sərnişin, 1970-ci il təvəllüdlü Rusiya vətəndaşı Quseynova Xabidat Ziyautdinovna hadisə yerində ölüblər, “Mercedes-Benz E200” markalı avtomobilin sürücüsü G.Cəlilov və avtomobildə olan sərnişinlər, Rusiya vətəndaşları, 1973-cü il təvəllüdlü Əhmədova Xədicə Musa qızı, 1968-ci il təvəllüdlü Azayeva Asiyaq Məhəmməd qızı xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

xəbərlərin arxivi




Çap et  Çap et