Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi

15 dekabr 2012-ci il tarixdə Balakən rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

15 dekabr 2012-ci il

15 dekabr 2012-ci il tarixdə saat 21:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonu ərazisindən keçən 153-cü km-də 1982-ci il təvəllüdlü Balakən rayon sakini Kaltayev Həbib Əziz oğlunun idarə etdiyi “VAZ-2104” markalı, 36-BC-918 dövlət qeydiyyat nişanlı avtomobillə 1989-cu il təvəllüdlü Balakən rayon sakini Novruzov Samir Nəsrəddin oğlunun idarə etdiyi “ZİL” markalı, 85-BL-295 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

  Qəza nəticəsində “VAZ-2104” markalı avtomobildə olan sərnişinlər, Balakən rayon sakinləri, 1981-ci il təvəllüdlü Telliyev Sahib İsmixan oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nəbi oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər, avtomobilin sürücüsü H. Kaltayev və digər sərnişin, 1990-ci il təvəllüdlü Doldolov Muhuma Mansur oğlu xəsarət alaraq Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
xəbərlərin arxivi




Çap et  Çap et